Braziliya Menezeslə yola qələbəylə çıxdı

Braziliya Menezeslə yola qələbəylə çıxdı
XƏBƏR 11 Avqust 2010 / 12:20 1948
-  A +

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında yaşadığı uğursuzluq nəticəsində baş məşqçi postunda Dunqa ilə yollarını ayırıb, Mano Menezeslə yeni yola çıxan Braziliya millisi yoxlama oyunu keçirib. Qol.Az-ın məlumatına görə, ABŞ millisiylə qarşılaşmada qüvvəsini sınayan “sambaçılar” yeni baş məşqçinin debüt oyununda qələbəyə sevinməsinə nail olublar. Rəqibini 2:0 hesabıyla məğlub edən beşqat dünya çempionunun qollarına 29-cu dəqiqədə Neymar, 45-ci dəqiqədə isə “Milan”ın ulduz futbolçusu Pato imza atıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner