"Neftçi" Qəbələyə avqustun 13-də yollanacaq

"Neftçi" Qəbələyə avqustun 13-də yollanacaq
XƏBƏR 11 Avqust 2010 / 11:36 1824
-  A +

"Neftçi" "Qəbələ" ilə oyunun hazırlığını gündə bir dəfə olmaqla davam etdirir. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, futbolçular dünən klubun bazasındakı meydançada məşq keçiblər. Müxtəlif yığma komandaların düşərgələrində olduqları üçün son hazırlıqlarda iştirak edə bilməyən komanda üzvləri avqustun 12-də baş məşqçi Arif Əsədovun sərəncamında olacaqlar. Bundan bir gün sonra isə flaqman "Qəbələ" ilə oynamaq üçün eyniadlı şəhərə yola düşəcək.
Xatırladaq ki, avqustun 15-də Qəbələ şəhər stadionunun süni örtüklü meydançasında keçiriləcək "Qəbələ" – "Neftçi" oyunu saat 18:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner