Neftçalada Açıq Əyləncəli Futbol Məktəbinin açılışı olub

Neftçalada Açıq Əyləncəli Futbol Məktəbinin açılışı olub
XƏBƏR 11 Avqust 2010 / 11:22 2380
-  A +

Dünən Neftçala şəhərində Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində yeni yay məktəbinin açılışı olub. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məktəbin məşğələlərində 7-12 yaşlı 200-ə yaxın uşaq 12 məşqçinin rəhbərliyi altında futbolla məşğul olacaq. AFFA və Neftçala rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkili Arif Rəhimzadə və Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner