Unibank Premyer Liqasının ilk turunda 3 futbolçu “Xəzər Lənkəran”ın heyətində debüt etdi. Qol.Az-nın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, cənubluların “Qəbələ” ilə oyununda Stelian Stanku, Dieqo Ruis və Tural Cəlilov ilk dəfə “ağ-yaşıl” formanı geyinib. Onlar adlarını bu matçadək 103 futbolçunun daxil olduğu siyahıya əlavə ediblər. Bununla, Lənkəran təmsilçisinin 6 illik tarixi ərzində ümumi oyunçu sayı 106-ya çatıb.
Debütantlardan ikisinin əcnəbi olması, klubun legionerlərinin də ümumi sayına təsir göstərib. “Qəbələ” ilə matçadək müxtəlif vaxtlarda 56 gəlmə futbolçuya bel bağlayan “Xəzər Lənkəran”ın formasını ilk dəfə geyinən Ruis və Stanku da həmin siyahıya daxil oldular. Bu isə o deməkdir ki, komandanın legionerlərinin sayı 58-ə yüksəlib.
Rumıniya vətəndaşı olan Stanku ölkəsinin klubdakı 6-cı oyunçusu olub. Katalin Lita, Robert İlyeş, İonut Savu, Daniel Muntyanu və Klaudiu Radukanunun davamçısı olan Stelian Rumıniyanın təmsilçiliyə görə “Xəzər Lənkəran”ın tarixində 3-cü olmasına imkan verib. Bu ölkə yalnız Türkiyə və Braziliyadan geri qalır.
Ruisin vətəni isə “Xəzər Lənkəran”da oyunçu ilə təmsil olunan yeni ölkədir. Belə ki, indiyədək heç bir argentinalı klubun formasını geyməmişdi. Bununla da Lənkəran klubuna gələn legionerlərin coğrafiyası daha da genişlənib. Artıq belə ölkələrin sayı 23-ə çatıb. Yəni, Argentina “Xəzər Lənkəran”ın “kəşf etdiyi” 23-cü ölkə olub: Türkiyə 9, Braziliya 8, Rumıniya 6, Belarus 5, Serbiya 5, Bolqarıstan 4, Albaniya 2, Gürcüstan 2, Kolumbiya 2, Litva 2, Çexiya 1, Estoniya 1, Fransa 1, Honduras 1, İsveç 1, Kot d’ivuar 1, Moldova 1, Nigeriya 1, Portuqaliya 1, Qana 1, Rusiya 1, Slovakiya 1, Argentina 1.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu