Julio Sezar artıq Bakıdadır

Julio Sezar artıq Bakıdadır
XƏBƏR 10 Avqust 2010 / 14:39 2570
-  A +

Son ölkə kubokunun qalibi “Bakı”nın müqavilə bağlamaq istədiyi braziliyalı futbolçu Julio Sezar artıq Azərbaycandadır. Qol.Az-ın məlumatına görə, vaxtilə “Real” və “Milan”da oynamış təcrübəli müdafiəçi bu günlərdə ölkəmizə təşrif buyurub. Əldə etdiyimiz məlumata görə, təcrübəli futbolçuyla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Sezar bunadək köməkçisini Bakıya göndərmişdi. O, Bakıda ailəsinin qalacağı ev və övladlarının oxuyacaqları məktəbləri də müəyyənləşdirib. Çünki ailəsi ilə birgə İspaniyanın paytaxtı Madriddə yaşayan futbolçu bundan sonra iki övladını Bakıda ingilis dilli məktəbində oxutdurmaq fikrindədir.
Qeyd edək ki, Sezar 1999/2000 mövsümündə Madrid “Real”ın heyətinin Çempionlar Liqasını qazanıb. 31-yaşlı futbolçunun son iş yeri Türkiyənin "Qaziantepspor" klubu olub. Həmiçinin, yarımmüdafiəçi "Benfika", "Austria", "Olimpiyakos", "Valyadolid", "Bolton" kimi klublarda da çıxış edib.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...