“Borussiya” - “Qarabağ” oyunu canlı yayımda

“Borussiya” - “Qarabağ” oyunu canlı yayımda
XƏBƏR 10 Avqust 2010 / 11:12 3274
-  A +

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın çıxış etdiyi Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki ilk oyunu canlı yayımlanacaq. Qol.Az-ın məlumatına görə, Dortmund “Borussiya”sıyla səfər oyununu Almaniyanın yerli ZDF kanalı canlı nümayiş etdirəcək. yeri gəlmişkən qeyd edək ki, təmsilçimizin “Borussiya”yla oyunlarının başlama saatı da məlum olub. Avqustun 19-da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bir həftə sonra Bakıda keçiriləcək qarşılaşma saat həmişə olduğu kimi, 21:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner