“Xəzər Lənkəran” qələbə həsrətinə son qoyub. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, keçirdiyi son 5 oyunda qələbə qazana bilməyən komandanın 94 günlük həsrəti “Qəbələ” ilə avqustun 7-də keçirilmiş qarşılaşmada bitib. Mirça Rednikin yetirmələri doğma meydanda rəqibini 1:0 hesabı ilə məğlub edib.
Mayın 5-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Olimpik-Şüvəlan”ı 2:1 hesabı ilə məğlub etdikdən sonra Lənkəran təmsilçisi uğursuzluq zolağına düşmüşdü. Bu müddətdə 3 dəfə uduzub, 2 heç-heçə edən “Xəzər Lənkəran” bu nəticələrin ardından artıq sabiq baş məşqçisi Ağasəlim Mircavadovla da yollarını ayırmışdı.
Mircavadovun yetirmələri ölkə çempionatında mayın 9-da səfərdə “Qarabağ”a 1:2, 15-də evdə “Bakı”ya 0:1 hesabı ilə məğlub olmaqla qızıl medalları əldən vermişdi. Ölkə kubokunun “Bakı” ilə final oyununda isə rəqib 1:2 hesabına sevinmişdi. Ardıcıl 3 məğlubiyyətdən sonra komanda avrokuboklarda da mübarizəni dayandırmışdı. İyulun 1-də səfərdə 0:0 etdiyi Moldovanın “Olimpiya” klubunu Lənkəranda üstələyə bilməyən meydan sahibləri yenə heç-heçə ilə kifayətlənmişdilər – 1:1.
“Qəbələ” ilə oyun Unibank Premyer Liqasının ilk turuna təsadüf edib. Bu isə o deməkdir ki, çempionatdakı qələbəsizlik seriyasına da son qoyulub. Yuxarıda qeyd olunan “Qarabağ” və “Bakı” məğlubiyyətlərindən əvvəl də “Xəzər Lənkəran” çempionatda qalib gələ bilmirdi. Komanda aprelin 23-də evdə “İnter”, sonra isə səfərdə “Neftçi” ilə oyunlardan bərabərliklə ayrılmışdı – müvafiq olaraq 2:2 və 0:0. Son 4 Premyer Liqa matçında qələbə qazana bilməyən klub sonuncu dəfə yalnız aprelin 17-də çempionat qələbəsi qazanmışdı. Səfərdə “Qəbələ”ni məğlub edən (2:1) cənublular elə bu komanda ilə matçda 112 günlük və 4 oyunluq həsrətə son qoyublar.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı