Futbolçu 23 yaşında öldü

XƏBƏR 9 Avqust 2010 / 20:06 2648
-  A +

Latviyanın “Dauqava” klubunun futbolçusu Maksim Deniseviç 23 yaşında dünyasını dəyişib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də baş vermiş hadisənin səbəbləri məlum deyil.

Latviya Futbol Federasiyasının rəsmi saytında oyunçunun suda boğulduğu bildirilir. Lakin hadisənin detalları açıqlanmır.

Qeyd edək ki, Maksim Deniseviç 2010-cu ildə Latviya çempionatında cəmi 3 oyuna çıxıb. Ümumilikdə isə müdafiəçi 37 görüşdə iştirak edib.


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...