AFFA-nın baş katibi məşqçilərə diplomlar təqdim etdi

AFFA-nın baş katibi məşqçilərə diplomlar təqdim etdi
XƏBƏR 9 Avqust 2010 / 15:05 2205
-  A +

Bu gün AFFA-nın Futbol akademiyasında A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran mütəxəssislərə diplomlar təqdim olunub. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın prioritetlərindən birinin də futbol təhsilinin gücləndirilməsi olduğunu, bu məqsədlə tez-tez seminarlar təşkil edildiyini bildirib. Daha sonra baş katib məşqçilərə diplomları təqdim edib.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner