“Qarabağ”ın rəqibi yoxlama matçında qələbə qazandı

“Qarabağ”ın rəqibi yoxlama matçında qələbə qazandı
XƏBƏR 8 Avqust 2010 / 15:25 2176
-  A +

Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniya “Borussiya”sı yeni mövsümün hazırlıqlarını başa vurub. Qol.Az-ın məlumatına görə, Dortmund təmsilçisi hazırlıq çərçivəsində son yoxlama oyununa da çıxıb. Yurgen Klopun yetirmələri “Arminiya” ilə üz-üzə gəliblər. “Borussiya” bu matçda 2:0 hesabıyla qələbə qazanıb. Ağdam klubunun rəqibinin qollarını Sebastyan Kel və Şinci Kaqava vurublar.
“Bavariya” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Lanqerak - Ovomoyela (Hornsxuh, 77), Santana, Hummels (Subotiç, 46), Şmeltser (Da Silva, 77) - Kel (Fölner, 77), Şahin (Bender, 46) - Kuba (Kaqava, 46), Levandovski (Haynal, 46), Qrobkruts (Qötse, 71) - Barrios (Rangelov, 63).
Qollar: Kel (11, Kuba), Kaqava (80, Qötse).
Qeyd edək ki, “Borussiya” ilə “Qarabağ” arasında oyunlar avqustun 19-da və 26-da keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner