«Anderlext»in rəsmiləri Bakıya gələcək

XƏBƏR 28 Yanvar 2009 / 10:31 2806
-  A +

Yaxın günlərdə Belçikanın «Anderlext» klubunun rəsmiləri Azərbaycana səfərə gələcəklər. Qol.Az-ın məlumatına görə, bu barədə «Anderlext»in baş meneceri Herman van Holsbek məlumat verib. O, klubun gənclərdən ibarət komandasında «Bakı»nın iki futbolçusunun - qapıçı Aqil Məmmədov və  hucümçu Bəxtiyar Soltanovun məşq etdiyini xatırladıb. «Bakı» rəhbərliyi bizə əməkdaşlıqla bağlı təklif irəli sürüb. Buna razılıq verməzdən əvvəl biz vəziyyəti öyrənməli və hansı məsələlərdə bir-birimizə yardım edəcəyimizi müəyyənləşdirməliyik» - deyə o bildirib.


Son xəbərlər