Toni Adams uduzsa da, futbolçularından razı qaldı

XƏBƏR 7 Avqust 2010 / 23:05 2274
-  A +

"Komandamızın məğlub olmasına baxmayaraq, futbolçulardan razı qaldım. İlk oyunumuz idi, verdiyim tapşırıqların çoxunu yerinə yetirdilər. "Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm".  Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ" klubunun baş məşqçisi Toni Adams bu gün “Xəzər Lənkəran”la oyundan sonra deyib.
Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən ilk turunda “Xəzər Lənkəran” öz meydanında “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...