Mirça Rednik: “Əzmkar oynadıq, sona qədər mübarizə apardıq”

XƏBƏR 7 Avqust 2010 / 23:01 2348
-  A +

"Mövsümün ilk oyununda əzmkar oynadıq, sona qədər mübarizə apardıq. Doğma meydanda qələbə bizim çox vacib idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”yə qarşı bu gün Unibank Premyer Liqasının ilk oyunundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik bildirib. “Bu qələbədə azarkeşlərinin də payı var. Bir sıra oyunçularımızın transfer vərəqələri gəlmədiyi üçün onlar bu gün oynaya bilmədi" – deyə Rednik vurğulayıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” öz meydanında “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...