Hər şeyin çətini başlanğıcdı. Məsələn, mənim üçün ən çətini hansısa yazını başlamaqdı. Elə ki, ilk sözünü, ilk cümləsini yazdım birdə baxıram ki, yazı hazırdı. Məncə, hər işdə belədi. Adicə dənizə çimməyə gedirsən, əvvəl-əvvəl suya girməyə sanki çəkinirsən, elə ki bircə dəfə suya baş vurdun, ondan sonra özünü balıq suda hiss edən kimi hiss edirsən. Başlanğıc bir işi görəndə də çətindi, müharibədə hücuma keçəndə də də, futbolda rəqib komandanın müdafiəsini yarmağa cəhd göstərəndə də. Amma elə ki istəyini reallaşdırmağa başladın, ardı gələcək. Necə ki avqustun 5-də “Qarabağ”- “Visla” oyununda biz bunun şahidi olduq. “Qarabağ” əvvəlcə rəqib komandanın mərkəz xəttini, sonra müdafiəsini, sonra isə tifağını dağıtmağa başladı. Bir, iki, üç.
Bir göz qırpımında “Qarabağ” bizi üç dəfə sevindirdi, üç dəfə ağlatdı, üç dəfə ucaltdı, üç dəfə qürurlandırdı. Və 90 dəqiqə ərzində dünyada sevinmək, qürur duymaq adına nə varsa hamısını yaşatdı bizə. Üstündən üç gün keçib, yenə də ölkənin gündəmində baş mövzu “Qarabağ”ın qələbəsidir. Komandamız Polşa “Visla”sını əzib keçdi və indi onu daha güclü rəqiblə mübarizə gözləyir. Amma nə Almaniyanın, nə də “Borussiya”nın adı, böyüklüyü bizi və “Qarabağ”ı qorxutmur. Çünki biz artıq qalib gəlməyə başlamışıq. Çətini elə bu başlanğıc idi. İndi biz “Borussiya”nın da “Qarabağ”ın QURBANı olacağına inanırıq, ən azı hər şeyin yaxşı olacağına ümid edirik.
“Qarabağ” qələbəyə başlayıb və indi bunun davamını gətirməyə çalışmaq lazımdı. Biz də hamılıqla bu yolda komandamıza dəstək olmalıyıq, onu daha ağır sınaqlardan üzü ağ çıxmağa ruhlandırmalıyıq. Futbol yalnız 22 nəfərin böyük bir meydanda top qovması, bir komandanın qalib, digərinin məğlub olması deyil. Futbol həm də milyonların sevgisini qazanmaq, özünü, komandanı, ölkəni dünyaya tanıtdırmaq, sevdirmək, ən yaxşı təbliğat vasitəsidir.
“Qarabağ”ın uğurları davam etsə, dünya bizim Qarabağ həqiqətləri adlandırdığımız erməni xisləti, erməni vəhşiliyi, erməni işğalından daha çox xəbər tutacaq.
Bunun əyani sübutu “Qarabağ”ın “Borussiya” ilə düşdüyü məluma olandan sonra Dortmund klubunun saytında komandamız haqda yerləşdirilən məlumatda erməni işğalından bəhs olunmasıdır. Həmin məlumatda qeyd olunub ki, “Qarabağ” Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Ağdam şəhərinin komandasıdır.
Daha bundan yaxşı təbliğat nə istəyirsiniz.
Bir Didye Droqbaya görə dünyada milyonlarla insan Yer üzündə Fil dişi sahilləri adlı bir ölkə olmasından xəbər tutdu. Elə son dünya çempionatında Droqbaya görə hətta Azərbaycanın özündə xeyli adam Fil dişi sahillərinə azarkeşlik edirdi. Azərbaycanda daxil olmaqla dünyanın ən müxtəlif ölkələrində milyonlarla insan üzərinə Messi, Ronaldo, Runi, Fabreqas, Pyol, Kloze, Forlan, Arda, Semih və yüzlərlə başqa futbolçunun adı yazılan futbolkalar geyinir. Niyə bizim gənclərimiz, əcnəbi futbol azarkeşləri üzərinə Əfran, Rəşad, Vüqar, Rauf və digər oyunçularımızın adı yazılan futbolkalar geyməsinlər? Niyə Türkiyədə, Britaniyada, Almaniyada, İspaniyada “Qarabağ”ın azarkeşləri, oyununu izləyənlər olmasın?
Burda fövqəladə nəsə axtarmaq lazım deyil, bunun üçün yaxşı oynamaq, əzmkar olmaq, qələbəni daha ürəkdən istəmək, başlanan yolu davam etdirmək lazımdı. Futbolda qələbə qazanmaq bir komandanın yox, bir xalqın, dövlətin başını uca edir. Özünü qalib hiss edirsən. Daha biz özümüzü dünyaya məğlub xalq kimi yox, qalib kimi tanıtmağa çalışmalıyıq.
Fransaya ilk dəfə getdiyim vaxt Parisin Şarl de Qol aeroportunda pasportuma baxan polis bizim ölkəni iki şeyə görə tanıdığını dedi. Bir neftə, bir də Fransanın Azərbaycanı futbolda 10:0 udmasına görə. Bu, fransızların rəsmi matçlarda ən böyük qələbəsidir.
Mən əminəm ki, “Qarabağ”ın “Metalurq”u məğlub etməsinə görə bizi Makedoniyada, “Portdaun”u yendiyinə görə Şimali İrlandiyada, “Visla”nı diz çökdürdüyünə görə Polşada qələbəmizə görə tanıyırlar. Ona da inanıram ki, növbəti dəfə yolum Almaniyaya düşəndə aeroportda alman polisi deyəcək ki, “Mən sizin ölkənizi “Qarabağ” “Borussiya”nı udduğuna görə tanıyıram...”
Zabil MÜQABİLOĞLU
E-mail: [email protected]
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - “CSKA Sofia” matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video
PSJ-də yeni müqavilə
Finalın hakimləri açıqlandı - DÇ-2026
Ronaldodan dünya çempionatlarnın antirekordu
Azərbaycan UEFA reytinqində liderdir! - Əla başlanğıc…
Tramp İspaniya - Argentina finalını izləyəcək
"Qarabağ" Avroliqada mərhələ adladı
"Zirə"nin Kutaisi zəfəri - Video
Zeki Çelik "Yuventus"da - Rəsmi
“Neftçi”nin Konfrans Liqasında rəqibi müəyyənləşdi
Azərbaycan güləşçisi Macarıstanda çempion oldu
"Torpedo" ilə qarşılaşmaq istəmirdik" - Rəşad Sadıqov
“Qarabağ” mərhələ adlasa, bu komanda ilə qarşılaşacaq
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə