“Neftçi”nin ev oyunları “Lider” TV-də!

“Neftçi”nin ev oyunları “Lider” TV-də!
XƏBƏR 7 Avqust 2010 / 18:24 2672
-  A +

Premyer Liqanın 2010/2011-ci illər mövsümünün oyunlarını yayımlamaq üçün PFL tərəfindən televiziya seçimi klubların öhdəsinə buraxılıb. Qol.Az-ın "Neftçi"nin rəsmi saytına istinadən məlumatına görə, sözügedən klubla "Palitra" şirkəti arasındakı razılaşmaya görə, televiziya yayım hüquqları bu şirkətə verilib. "Palitra" şirkət isə öz növbəsində Lider TV ilə anlaşıb. Bu isə o deməkdir ki, flaqmanın bu mövsümkü bütün "ev" oyunları adıçəkilən televiziyada canlı yayımlanacaq.
Qeyd edək ki, azarkeşlər birinci tur çərçivəsində sabah keçiriləcək "Neftçi" – "Qarabağ" oyununu Lider TV vasitəsilə canlı izləyə biləcəklər.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner