Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, Azərbaycanın türnirdə yeganə təmsilçisi “Qarabağ”ın zəfər qazandığı gecədə Türkiyə təmsilçiləri də qələbəyə seviniblər. “Qalatasaray” öz meydanında bərabərə qaldığı (2:2) Belqradın OFK klubunu səfərdə darmadağın edib (5-1). Frank Raykaardın komandasında qolları Mustafa (12), Kyuel (22, 57), Arda (71) və Mehmet Batdal (81) vurublar. OFK-nin təsəlli topunu isə Nikoliç (32) vurub. "Beşiktaş" da növbəti mərhələyə vəsiqə qazanıb. "Qara qartallar" Çexiya "Viktoriya"sının qapısından 3 cavabsız top keçiriblər. Qolları Kuaresma (39), Delqado (57) və Holosko (71) vurub.
Cavab oyunlarının bir neçəsində isə xoşagəlməz hadisələr yaşanıb. Gürcüstanın "Zestafoni" klubu ilə Ukrayna təmsilçisi "Karpatı" arasında görüş vaxtından əvvəl dayandırılıb. Buna işıqlandırma sistemindəki problemlər səbəb olub. Matçın 36-cı dəqiqəsində stadionun işıqlarının sönməsi üzündən futbolçular meydanı tərk ediblər. Onlar yalnız bir müddətdən sonra soyunub-geyinmə otaqlarını tərk edərək, yenidən mübarizəni davam etdiriblər. Bu məcburi fasilə təxminən 23 dəqiqə davam edib.
Slovakiyada baş tutan "Slovan" - "Srvena zvezda" görüşündə də eyni hadisə - 15-ci dəqiqədə meydan sahibləri hesabda 1:0 üstün olarkən - təkrarlanıb.
Avropa Liqası (üçüncü təsnifat mərhələsi, cavab oyunları)
“Teteks” (Makedoniya) – “Elfsborq” (İsveç) 1:2 (ilk oyun 0:5)
OFK (Serbiya) – “Qalatasaray” (Türkiyə) 1:5 (2:2)
“Banik” (Çexiya) – “Dnepr” (Belarus) 1:2 (0:1)
“Dinamo” (Belarus) – “Makkabi” (Hayfa, İsrail) 3:1 (0:1)
“Zestafoni” (Gürcüstan) – “Karpatı” (Ukrayna) 0:1 (0:1)
“Dinamo” (Gürcüstan) – “Şturm” (Avstriya) 1:1 (0:2)
“Anortosis” (Kipr) – “Serkl Brügge” (Belçika) 3:1 (0:1)
“Apollon” (Kipr) – “Sibir” (Rusiya) 2:1 (0:1)
“Höteborq” (İsveç) – “Alkmaar” (Hollandiya) 1:0 (0:2)
“Dnepr” (Ukrayna) – “Spartak” (Serbiya) 2:0 (1:2)
“Brondbü” (Danimarka) – “Buduçnost” (Çernoqoriya) 1:0 (2:1)
“Lozanna” (İsveçrə) – “Randers” (Danimarka) 1:1 (3:2)
“Timişoara” (Rumıniya) – “MüPa” (Finlandiya) 3:3 (2:1)
“Aris” (Yunanıstan) – “Yaqeloniya” (Polşa) 2:2 (2:1)
“Levski” (Bolqarıstan) – “Kalmar” (İsveç) 5:2 (1:1)
“Lütsern” (İsveçrə) – “Utrext” (Hollandiya) 1:3 (0:1)
“Beşiktaş” (Türkiyə) – “Viktoriya” (Çexiya) 3:0 (1:1)
“Genk” (Belçika) – “İnter” (Finlandiya) 3:2 (5:1)
“Makkabi” (İsrail) – “Olimpiakos” (Yunanıstan) 1:0 (1:2)
“Yablonets” (Çexiya) - APOEL (Kipr) 1:3 (0:1)
“Austriya” (Avstriya) – “Rux” (Polşa) 3:0 (3:1)
“Banqor Siti” (Uels) – “Maritimu” (Portuqaliya) 1:2 (1:7)
“Hayduk” (Xorvatiya) – “Dinamo” (Rumıniya) 3:0 (1:3)
“Ştutqart” (Almaniya) – “Molde” (Norveç) 2:2 (3:2)
“Kliftonvill” (Şimali İrlandiya) - ÇSKA (Bolqarıstan) 1:2 (0:3)
“Liverpul” (İngiltərə) – “Rabotniçki” (Makedoniya) 2:0 (2:0)
“Motervell” (Şotlandiya) – “Olesunn” (Norveç) 3:0 (1:1)
“Hibernian” (Şotlandiya) – “Maribor” (Sloveniya) 2:3 (0:3)
“Yuventus” (İtaliya) – “Şamrok Rovers” (İrlandiya) 1:0 (2:0)
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə