"Neftçi" Emil Mpenzanı transfer etməklə Avropanın diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Avropa futbol qurumunun (UEFA) rəsmi saytında bu haqda xəbər dərc olunub. Xəbəri olduğu kimi, nəzərinizə çatdırırıq: “Təcrübəli belçikalı futbolçu Emil Mpenza İsveçrə klubu "Syon"dan "Neftçi"yə keçib. Transferin məbləği haqda məlumat verilməsə də, bu, Azərbaycan futbolu üçün rekorddur. "Neftçi" ilə 3+1 illik müqavilə imzalayan Mpenza artıq komandanın məşqində iştirak edib. Amma "Syon" və "Neftçi" arasındakı danışıqlar uzun sürüb. Belə ki, ötən mövsüm İsveçrə çempionatında 21 qol vurmuş hücumçunun keçidində Belçika və Hollandiya klubları da maraqlı idilər. Bununla belə, 32 yaşlı futbolçu Azərbaycanın "Neftçi" klubuna keçməyə üstünlük verib. "Mənə dedilər ki, "Neftçi" Azərbaycanın Madrid "Real"ıdır. Bu, məsuliyyətimi daha da artırır. Qarşıya qoyulan məqsədlərə çatmaq baxımından "ağ-qaralar"a kömək etmək üçün mövsümün başlanmasını səbirsizliklə gözləyirəm" deyə Belçika milli komandasının hücumçusu bildirib.
"Ötən mövsüm komandanın hücum xəttində problem olduğunu klub prezidenti Sadıq Sadıqov dəfələrlə qeyd edib" deyə UEFA.com-un əməkdaşı ilə söhbətində "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu bildirib: "Əlbəttə, Mpenzanın keçidi hücum xəttini gücləndirib. Amma təkcə Emilin gəlişi hər şeyi həll eləmir. Belə ki, "Neftçi" bu yay heyətinə başqa səviyyəli futbolçuları da cəlb edib. İnanıram ki, çoxsaylı azarkeşlərimizə çoxdan arzuladıqları çempionluq sevincini yaşada biləcəyik".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə