Azərbaycan Premyer Liqasının birinci turunun “Qəbələ” ilə oyunu “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik üçün xüsusi əhəmiyyət kəsb edir. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, avqustun 7-də keçiriləcək qarşılaşma rumıniyalı mütəxəssisin cənub təmsilçisində debüt matçı olacaq. Klubun tarixi ərzində 6-cı baş məşqçi olan Rednik startda qələbə qazanmaq əzmindədir. Ona qədər “Xəzər Lənkəran”ın heç bir baş məşqçisi debüt matçında uduzmayıb. Lakin qələbə də hər mütəxəssisə nəsib olmayıb. Yalnız Viktor Pasulko və Ağasəlim Mircavadov ilk matçlarında qələbə sevinci yaşayıb. Onların hər ikisi Lənkəranda minimal fərqli qələbəyə seviniblər. Digər 3 çalışdırıcı isə fəaliyyətinə heç-heçə ilə başlayıb.
Qeyd edək ki, Nazim Süleymanov, Rasim Kara və Mircavadov komandaya iki dəfə baş məşqçi təyin olunub. Onların qayıdışdan sonrakı ilk görüşləri debüt matçı sayılmır. Həmçinin bu vəzifəni müvəqqəti icra edənlərin də “Xəzər Lənkəran”ı meydana çıxarması şərti xarakter daşıyıb.
Baş məşqçilərin debüt oyunları
Baş məşqçi Tarix Oyun Hesab
Nazim Süleymanov 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” 1:1
Rasim Kara 30.10.2004 “MKT-Araz” - “Xəzər Lənkəran” 0:0
Viktor Pasulko 12.02.2006 “Xəzər Lənkəran” - “Olimpik” 1:0
Ağasəlim Mircavadov 11.08.2006 “Xəzər Lənkəran” – “Neftçi” 2:1
İqor Ponomaryov 15.02.2009 “Xəzər Lənkəran” - “Karvan” 0:0
Mirça Rednik 07.08.2010 “Xəzər Lənkəran” – “Qəbələ” ?:?
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə