"Neftçi" PFK Unibank Premyer Liqasının və ölkə kubokunun 2010/11 mövsümündə ev oyunlarının teleyayımı ilə bağlı bəyanat verib. Qol.Az-ın məlumatına görə, flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında bildirib ki, bununla əlaqədar açıq qapı elan olunub: "2010/11 mövsümündə evdə keçirəcəyimiz oyunlarla bağlı açıq qapı layihəsini elan etmişik. Bu isə o deməkdir ki, "Neftçi"nin matçlarını yayımlamaqda maraqlı olan telekanalları danışıqlara dəvət edirik. İstənilən telekanal bu məsələ ilə əlaqədar bizə müraciət edə bilər və "Neftçi" klubu olaraq, bizim oyunlarımızı göstərmək istəyən telekanallarla danışıqlara hazırıq. Dünya təcrübəsinə əsasən, İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Braziliya, Argentina, Türkiyə və digər ölkələrdə klublar yayım hüququnu telekanallara pulla satırlar. Həmin ölkələrdə telekanallar külli miqdarda pul xərcləyərək, sonradan reklam vasitəsilə xərclərini sığortalayırlar. Sadaladığım ölkələrin çempionatları ilə Unibank Premyer Liqasının eyni səviyyədə olmadığını və bizdə reklam bazarının bir o qədər də inkişaf etmədiyini nəzərə alsaq, açıq qapı layihəsinin tətbiqi məqsədəuyğundur. Əslində, bu da Azərbaycan futbolunda yenilikdir. Ola bilsin ki, "Neftçi"nin Premyer Liqadakı oyunlarını bir telekanal, kubokdakı görüşlərini isə digər telekanal yayımlasın. Klubumuzun matçlarını göstərmək telekanallara da reytinq gətirər, onların imicini yüksəldər, tamaşaçı kütləsini artırar. Çünki Azərbaycan futbolunun flaqmanı olan "Neftçi" adı markadır. "Neftçi" ölkəmizin ən köklü, adlı-sanlı klubudur. Komandamız avqustun 8-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ı qəbul edəcək. Hansısa telekanal bu matçı yayımlamaqla, böyük reytinq qazana bilər. Onu da qeyd edim ki, bir telekanal "Neftçi"nin görüşlərini canlı yayımlayacağı təqdirdə, digər telekanalların da həmin matçdan informasiya və ya idman xəbərləri üçün reportaj hazırlamasına şərait yaradılacaq".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə