Azarkeşlərdən möhtəşəm dəstək: «Qarabağ» sən bizim qürurumuzsan!» (FOTO)

Azarkeşlərdən möhtəşəm dəstək: «Qarabağ» sən bizim qürurumuzsan!» (FOTO)
XƏBƏR 5 Avqust 2010 / 00:03 3149
-  A +

«Visla» ilə oyuna hazırlaşan «Qarabağ»ın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən sonuncu məşq prosesində «Sektor II» azad azarkeş qrupunun və «UltrAslan-Azərbaycan» dərnəyinin üzvləri fəallığı ilə seçiliblər. Qol.Az-ın məlumatına görə, dərnəyin 50-dən çox üzvü «Qarabağ»ın futbolçularına dəstək olublar. «Qarabağ» sən bizim qürürumuzsan!» deyə şüar səsləndirən azarkeşlər daha sonra bir-bir bütün futbolçuların, baş məşqçi Qurban Qurbanovun adını çəkməklə onları həvəsləndiriblər.
Qeyd edək ki, dərnək üzvlərinin bu fəallığı «Qarabağ»dan sonra məşqə çıxan «Visla»nın futbolçularını da təəccübləndirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner