"Neftçi" mövsümlərarası fasilədə daha bir möhtəşəm transferi gerçəkləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “flaqman” Belçika milli komandasının hücumçusu Emil Mpenzanı heyətə qatıb. Bu gün klubun bazasında "Neftçi"nin prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub.
Tədbirdə çıxış edən Sadıq Sadıqov təcrübəli hücumçuya uğurlar arzulayıb: "Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ölkəmizdə futbolun inkişafına töhfə vermək üçün "Neftçi" klubu olaraq, bütün səylərimizi səfərbər etmişik. Emil Mpenzanın transferində əsas məqsəd "Neftçi"ni gücləndirmək və çempionluğa gedən yolda uğurla addımlamaqdır. İnanıram ki, Mpenza təcrübəsi, istedadı sayəsində komandamıza böyük kömək edəcək. Ötən mövsüm daha çox hücum xəttində problemimiz var idi. Mpenzanın çoxlu qollar vurmaqla, ümidlərimizi doğruldacağına inanırıq".
Emil Mpenza isə "Neftçi"nin uğurları üçün çalışacağını bildirib: "Eşitmişəm ki, "Neftçi" Azərbaycanın ən köklü klubudur. Hətta bu komandaya Azərbaycanın "Real Madrid"i deyirlər. Bu, mənim məsuliyyətimi daha da artırır. Belə klubda oynamaq mənim üçün böyük şərəfdir. Qarşıdakı mövsümdə var qüvvəmlə çalışıb, "Neftçi"nin möhtəşəm uğurlar qazanmasına yardım edəcəyəm".
Daha sonra Sadıq Sadıqov Mpenzaya 10 nömrəli futbolkanı təqdim edib.
Qeyd edək ki, "Mançester Siti", "Hamburq", "Şalke" klublarında oynamış Mpenza son komandası İsveçrə "Syon"u olub. O, "Syon"un heyətində son mövsümdə 32 oyuna 21 qol vurub.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır