“Palmali” Şirkətlər Qrupu Azərbaycan qəhrəmanları, ziyalıları və tarixi guşələrimizi dünya sularında tanıtmağı davam etdirir.
Şirkətin mətbuat xitmətindən verilən xəbərə görə, "Palmali" Şirkətlər Qrupunun prezidenti, "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimovun göstərişi ilə Armada tipli gəmiyə Milli Qəhrəman Mubariz İbrahimovun adı verilib. Sözügedən gəmi oktyabr ayının 15-də Türkiyədə Beşiktaş gəmiqayırma zavodundan suya endiriləcək.
Türkiyədə suya endiriləcək gəmi Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdacaq.
2009-cu ildə "Palmali" Şirkətlər Qrupu və Beşiktaş gəmiqayırma zavodu arasında 10 Armada tipli tankerin inşaası ilə bağlı müqavilə imzalanıb. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyacaq gəmi bu seriyadan suya endiriləcək ilk gəmi olacaq.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyun ayının 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə gizir Mübariz İbrahimova Milli Qəhrəman adı verilib.
Mənbə: Milli.Az
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır