“Qəbələ”nin futbolçuları “nömrələndi”

XƏBƏR 4 Avqust 2010 / 16:16 2418
-  A +

“Qəbələ” klubunda yeni futbolçuların çıxış edəcəyi formalar müəyyənləşib. Qol.Az-ın məlumatına görə, qapıçı Anar Nəzirov 31, müdafiəçilər - Nodar Məmmədov 3, Ramin Quliyev 4, Saşa Yunisoğlu 33, yarımmüdafiəçilər - Arif İsayev 17, Asəf Qədiri 21 nömrəli formanı daşıyacaq.

Onların əksəri əvvəlki klublarında da bu nömrə altında oynayıb. Legionerlərə gəlincə, yamaykalı Den Barton 10, ingilis Terri Kuk 11, braziliyalılar – Bruno da Silva 8, Bruno dos Antos 9, Julio Sezar 19 nömrəli formanı götürüb.


Qarabağ FK
Son xəbərlər
topaz banner