«Qarabağ»ın futbolçuları Belçika klubunun maraq dairəsində

XƏBƏR 4 Avqust 2010 / 15:06 2419
-  A +

Avroliqada uğurlu çıxışlarını davam etdirən Ağdamın «Qarabağ» komandasının futbolçuları Avropa klublarının diqqət mərkəzinə düşüb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yerli futbolçulardan qurulmuş komandanın uğurları skautların nəzərindən qaçmayıb. Bu gün kluba Belçikanın ən qədim klublarından olan «Gent»dən faks daxil olub. Faksda bildirilir ki, adıçəkilən klubun baş skautu Groot Gilbert oyuna baxmaq üçün Bakıya gələcəyini bildirib. Gilbertin Bakıya «Qarabağ»ın bəzi futbolçularını izləmək üçün gəldiyi məlumdur.


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib