Emil Mpenza “Neftçi”də ilk məşqə çıxdı

XƏBƏR 4 Avqust 2010 / 12:31 1903
-  A +

Emil Mpenza müqavilə bağlamaq üçün gəldiyi Bakının “Neftçi” klubunda ilk məşqə çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Belçika yığmasının hücumçusu məşqdə fəallığı ilə seçilib.

İlk turda “Qarabağ”la oyuna hazırlığı davam etdirən “Neftçi” bu gün səhər saatlarında bazasındakı meydançada məşq keçib. Futbolçular hazırlıqda əvvəlcə baş məşqçi Arif Əsədovun rəhbərliyi altında topla müxtəlif təmrinləri yerinə yetirib. Ardından isə onlar fiziki hazırlıq üzrə italyan məşqçi Covanni Melkiorrenin göstərişlərinə uyğun hazırlıq keçib.


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib