"Simurq" səkkiz futbolçu ilə müqavilə imzaladı

XƏBƏR 4 Avqust 2010 / 12:24 1929
-  A +

Zaqatalanın "Simurq" klubu yeni mövsüm üçün daha 8 futbolçu ilə müqavilə imzalayıb. "Simurq" PFK-nın mətbuat xidmətindən verilən məlumata görə, Ramil Sayadov və Samir Əliyev klubla 1 illik müqavilə imzalayıb. "İnter"dən Paulis Paknis, Tofiq Mikayılov və Baçana Sxadadze, həmçinin "Neftçi"dən Rəşad Hüseynov, Elvin Yunusov və Elvin Musazadə isə icarə əsasında növbəti mövsümü "Simurq"un heyətində çıxış edəcəklər.

Unibank Premyer Liqasının I turunda səfərdə "Gəncə" klubu ilə qarşılaşacaq baş məşqçi Coko Haciyevskinin komandası hazırlığı Bakıda davam etdirir. Komanda avqustun 6-da Gəncə şəhərinə yola düşəcək və həmin gün oyunöncəsi son məşqini keçirəcək.

 


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib