«Qarabağ» stadion problemi ilə üzləşdi

«Qarabağ» stadion problemi ilə üzləşdi
XƏBƏR 3 Avqust 2010 / 13:20 2791
-  A +

Mərkəzi Ordu İdman Klubunun futbol komandasının Premyer Liqada ev oyunlarını Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda keçirməsi Ağdamın «Qarabağ» klubu üçün problem yarada bilər.
Ağdamın Quzanlı qəsəbəsi stadionu təmirə bağlandığından «Qarabağ» da yeni mövsümdən rəqiblərini məhz Suraxanı stadionunda qəbul edəcək.
«Qarabağ»ın direktoru Əmrah Çəlikəl bildirib ki, iki komandanın ev oyunlarını bu arenada keçirməsi meydanın təbii ot örtüyü üçün problem yarada bilər: «Meydança süni örtüklü olsaydı, çətinlik yaranmazdı. İnşallah, biz bu həftə ərzində bu məsələni tənzimləməyə çalışacağıq».


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib