«Qarabağ»da «Adam» ləqəbli futbolçu kimdir?

XƏBƏR 2 Avqust 2010 / 23:02 2949
-  A +

Avropa Liqasının oyunlarına hazırlığı davam etdirən «Qarabağ» bu gün Tofiq Bəhramov adına Respublika stadionunda növbəti məşqinə çıxıb. Qol.Az-ın məşq prosesini izləyən müxbirinin verdiyi məlumata görə, ilk oyunda səfərdə Polşa «Visla»sını 1:0 hesabı ilə məğlub edən Ağdam klubunun düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür.
Bu arada «Qarabağ»lı futbolçuların Georgi Adamiyanı ləqəbi ilə çağırmaları da diqqət çəkib. Komanda yoldaşları məşq prosesində gürcüstanlı hücumçuya «Adam» deyə müraciət ediblər. 


Qarabağ FK
Son xəbərlər
topaz banner