Zədəsi səbəbindən «Qarabağ»ın Avropa Liqasındakı oyunlarına çıxa bilməyən gənc futbolçu Ayxan Abbasov hələ də fərdi şəkildə məşq edir. Qol.Az-ın müxbiri ilə söhbətində A.Abbasov səkkiz gün öncə məşq zamanı ayağından ciddi zədə aldığını, yalnız bir həftədən sonra ümumi məşqlərə qoşula biləcəyini söyləyib: «Zədəm səbəbindən «Visla» ilə Bakıdakı oyunu da buraxmalı olacağam. İnşallah, növbəti mərhələyə adlasaq və baş məşqçimiz şans versə, Avroliqanın qarşıdakı matçlarında meydana çıxa bilərəm. Mən özüm də oynamaq istəyirəm».
A.Abbasov avqustun 5-də komandasının Polşa «Visla»sı üzərində uğur əldə edərək dördüncü mərhələyə adlayacaqlarına inandıqlarını bildirib: «Bu mərhələdə «Yuventus» və «Liverpul» kimi klublarla qarşılaşmaq istəmirik. Çünki bizim məqsədimiz qrupa vəsiqə əldə etməkdir. Ötən il olduğu kimi, qrupun bir addımlığında dayanmaq heç yaxşı olmaz. Düzdür, bu həftə ölkə çempionatının da oyunları başlayır. Bu mənada, bizə iki cəbhədə mübarizə aparmaq ağır olacaq. Amma ümid edirəm ki, qələbə qazanmaqla azarkeşlərimizi yenə sevindirəcəyik».
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda