”Xəzər Lənkəran”a daha bir futbolçu ilə anlaşdı

XƏBƏR 2 Avqust 2010 / 18:30 2735
-  A +

“Xəzər Lənkəran” klubu bu gün daha bir futbolçu, mərkəz yarımmüdafiə mövqeyində oynayan Konstantin Dorian Arbanasla iki illik müqavilə imzalayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı rumıniyalı futbolçu öz karyerasını Rumıniyanın “Qloriya Bistritsa” klubunda başlayıb (2001-2006). Son 4 ili isə o, Moldovanın “Şerif” (Tiraspol) komandasında oynayıb.
Qeyd etmək lazımdır ki, “Şerif” komandasında Konstantin Dorian Arbanas bir çox titul qazanıb. O, 2007, 2008, 2009, 2010-cu illərdə Moldova çempionu, 2007-də Moldova superkubokunun qalibi, 2008, 2009, 2010-cu illərdə Moldova kubokunun qalibi, 2009-da Birlik kubokunun qalibi olub.
Həmin 2009-cu ildə o, Avropa liqasının qrup mərhələsinin iştirakçısı olub.
Ümumiyyətlə Konstantin Dorian Arbanas Avrokuboklarda 30-dan çox oyunlarda çıxış edib.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib