MOİK Suraxanı stadionuna köçdü

XƏBƏR 2 Avqust 2010 / 17:04 1694
-  A +

Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbol komandası Unibank Premyer Liqasının 2010/11 mövsümünə hazırlığı davam etdirir. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv Sumqayıtda təlim-məşq toplanışı keçir. Premyer Liqanın ilk turunda “Muğan”la qarşılaşacaq MOİK məşq üçün özünə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu məkan seçib. Artıq “hərbçilər”in yeni mövsümdə hansı stadionda oynayacları da müəyyənləşib. Komanda rəqiblərini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul edəcək. Qarşıdakı çempionatda MOİK ilk matçını avqustun 8-də evdə keçirəcək.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib