”Xəzər Lənkəran” argentinalı futbolçuyla müqavilə bağladı

XƏBƏR 30 İyul 2010 / 21:16 2992
-  A +

“Xəzər Lənkəran” klubu argentinalı futbolçu, mərkəz hücumçusu olan Dieqo Ruiz ilə anlaşıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün futbolçuyla iki illik müqavilə imzalanıb.
1980-ci il təvəllüdlü Dieqo Ruiz peşəkar futbol karyerasını 18 yaşında başlayıb. İlk oynadığı klub ölkəsinin ikinci liqasında iştirak edən “Santelmo” klubu olub. Daha sonra futbolçu Premyer liqa komandalarında oynayıb: “Lanus” (Argentina), “Gent” (Belçika), “Atletiko” (Argentina), “Uaçipatu” (Çili).
Son üç il D.Ruiz Rumıniyanın “CFR” klubunun şərəfini qoruyub. Bu vaxt ərzində həmin klub iki dəfə çempion olub, Çempionlar liqasında çıxış edib, üç dəfə Rumıniya kubokunun və iki dəfə bu ölkənin superkubokunun qalibi olub. Həmin ərəfədə futbolçu icarə əsasinda bir mövsümü (2009-2010) Türkiyənin “Kasımpaşa” klubunda keçirib.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib