«Bu gün bizim günümüz deyildi. Bu məğlubiyyət həm mənə, həm də bütün komandama çox pis təsir edib». Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda öz meydanında «Qarabağ»a 0:1 hesabı ilə məğlub olan Polşanın «Visla» klubunun baş məşqçisi Henrik Kasperçak belə deyib.
Matçdan sonra təşkil olunan mətbuat konfransında o bildirib ki, komandası bu qarşılaşmada bir neçə əlverişli qol imkanından istifadə edə bilməyib: «Bizim məqsədimiz qol vurmaq və qələbə qazanmaq idi. Biz bu oyunda daha yaxşı çıxış edə bilərdik. Amma komandamızın əsas cinahlardakı oyunu heç cürə alınmadı. Çox təəssüf edirəm».
Baş məşqçi bu qələbədən sonra «Qarabağ»ın növbəti mərhələyə çıxmaq şansının çox olduğunu deyib: «Bizim vəziyyətimiz isə ağırdır. Amma ruhdan düşməyib ikinci oyunu gözləyirik. Təkrar matçda mütləq qələbə qazanmalıyıq».
Henrik Kasperçak məğlubiyyətə görə komandasının azarkeşlərindən üzr istəyib: «Onlar bizi sonadək dəstəklədilər, amma çox heyif ki, azarkeşlərimizin etimadını doğrulda bilmədik».
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda