"Futbol+" qəzetinin 29 iyul 2010-cu il sayında "Belə həkimlərimiz də var!" başlıqlı yazıda "Neftçi"nin 17 yaşlı yeniyetmə futbolçusu Eldar Abdullayevin həkim Rauf Musaxanlı tərəfindən müalicə edilməsi haqqında məlumat dərc edilib. Yazıda Abdullayevin "Neftçi"nin yeniyetmələrdən ibarət komandasında oynayarkən zədə aldığı və ona heç bir qayğı göstərilməyərək, yalnız tibbi mazla sağaltmağa cəhd edildiyi iddia olunur.
Bununla razılaşmayan “Neftçi” futbol klubu bəyanat yayıb. Bildirilir ki, “Neftçi” kiçikyaşlı və gənc futbolçulara daim diqqət göstərir və onların qayğısına qalır: “Əvvəlcə onu qeyd edək ki, "Neftçi"nin 17 yaşlılardan ibarət komandasının heyətində yer alan Eldar Abdullayev oyunda deyil, ümumiyyətlə, komandanın düşərgəsindən kənarda olduğu zaman zədə alıb. Perspektivli futbolçunun zədəsinin ciddiliyini nəzərə alan klub rəhbərliyi Eldarın yüksək səviyyədə müayinə olunmasını təmin edib. Həkimlər tərəfindən futbolçunun əməliyyata ehtiyacı olduğu bildirildikdə isə "Neftçi" PFK öz vəsaiti hesabına Eldar Abdullayevi əməliyyat etdirib və daha sonra onun bərpa kursunu keçməsini üzərinə götürüb. Futbolçunun müalicəsi ilə bağlı bütün rəsmi sənədlər (əməliyyat olunması və bərpa kursu keçməsi ilə bağlı) mövcuddur”.
Futbolçunun atası Şıxbaba Şıxbabayev də klubun rəsmi saytına açıqlamasında "Neftçi" rəhbərliyinin Eldar Abdullayevlə zədə aldığı gündən etibarən çox yaxından maraqlandığını, hətta futbolçunun müayinə və müalicəsi üçün komissiya yaratdığını bildirib: "Mən prezident Sadıq Sadıqov başda olmaqla, "Neftçi" rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Eldarın zədə aldığı gündən etibarən klub rəhbərliyi daim bizim yanımızda olub, oğlumun yüksək səviyyədə əməliyyat olunması üçün lazımi şərait yaradıb. "Neftçi" rəhbərliyi əməliyyatdan sonra oğlumun bərpa kursunu keçməsini təmin edib".
Bəyanatın sonunda qeyd olunur ki, Rauf Musaxanlı özünü reklam etmək məqsədilə mətbuata yalan məlumatlar verərək, "Neftçi" PFK-nın peşəkar həkimlər korpusunu yalandan günahlandıraraq, özünü "güclü mütəxəssis" kimi qələmə vermək fikrinə düşüb.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video
PSJ-də yeni müqavilə
Finalın hakimləri açıqlandı - DÇ-2026
Ronaldodan dünya çempionatlarnın antirekordu
Azərbaycan UEFA reytinqində liderdir! - Əla başlanğıc…
Tramp İspaniya - Argentina finalını izləyəcək