Reynaldo Rueda Honduras millisindən getdi

Reynaldo Rueda Honduras millisindən getdi
XƏBƏR 29 İyul 2010 / 18:45 1835
-  A +

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının iştirakçısı olan daha bir yığma komanda baş məşqçisini itirib. Qol.Az-ın məlumatına görə, Honduras yığmasının çalışdırıcısı Reynaldo Rueda tutduğu postdan getməyə qərar verib. Ruedanın müqaviləsinin müddəti bitdiyindən federasiya onunla anlaşmanın müddətini uzatmaq istəməyib. Nəticədə 2007-ci ildən honduraslıların sükanı arxasında çalışan kolumbiyalı mütəxəssis özünə başqa iş axtarmaq məcburiyyətində qalıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner