Türkiyənin Bank Asya birinci liqa təmsilçisi “Qaziantep Böyükşəhir Bələdiyəspor”un transfer etmək istədiyi azərbaycanlı futbolçunun kimliyi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bu, yığmamızın sabiq futbolçusu Daniel Axtyamovdur. Bu haqda “Neftçi”nin rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilir ki, 25 yaşlı hücumçu dünən Türkiyə klubunun heyətində “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyununda iştirak edib. Axtyamovun baxışda olduğu klub təmsilçimiz üzərində 2:1 hesabıyla qələbə qazansa da, o, qol vura bilməyib. Amma hücumçu axtaran Qaziantep təmsilçisinin onu sıralarına qatmaq ehtimalı yüksəkdir. Hər halda “Qaziantep Böyükşəhir Bələdiyəspor” klubunun prezidenti Ünsal Göksən adını açıqlamaq istəmədiyi azərbaycanlı bir əcnəbi futbolçunun sınadıqlarını, anlaşacaqları halda, transfer edəcəklərini bildirmişdi. Axtyamov əslən rus olsa da, xeyli vaxtdır milliləşərək Azərbaycan vətəndaşlığını daşıyır. Ona görə də yığmamıza cəlb olunan bu futbolçu Türkiyədə legioner sayılmayacaq. Legionerlərə qadağa qoyulduğu Bank Asiya I liqasında isə iki azərbaycanlı futbolçunun oynamasına icazə verilir.
Qeyd edək ki, bu, Axtyamovun Türkiyədə özünə kluba tapmaqla bağlı ikinci cəhdidir. Ötən yay artıq Superliqanı tərk edən “Konyaspor”da baxışda olan hücumçu geri qaytarılmışdı.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video