Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyunları start götürəcək. Qol.Az-ın məlumatına görə, avrokubokların cari mövsümündəki digər klublarımızın uğursuz çıxışı fonunda Avropa meydanlarındakı mübarizəsini davam etdirən yeganə təmsilçimizə çevrilən “Qarabağ” da növbəti sınağına çıxacaq. İlk iki mərhələdə Makedoniya “Metallurq”u ilə Şimali İrlandiya “Portadaun”unu sıradan çıxaran Ağdam klubu indi eyni qaibəti Polşa “Visla”sına yaşatmalıdır.
Nəzərə alsaq ki, Krakov şəhərini təmsil edən bu klub həm ölkəsinin ən güclülərindən sayılır, həm də avrokuboklarda “Qarabağ”ımızdan daha təcrübəlidir, deməli komandamızın işi elə də asan olmayacaq. Hər halda “İnter”in Çempionlar Liqasında penaltilərlə uduzduğu Poznan “Lex”iylə mübarizədə son anda çempionluğu əldən verib, gümüş medallarla kifayətlənən “Visla” Polşanın 12 qat çempionudur. Krakov təmsilçisi 1967-ci ildən qitə miqyaslı turnirlərdə çıxış etsə də, ciddi uğurlar qazana bilməyib. Qarşısına Avroliqanın qrup mərhələsinə düşmək vəzifəsini qoyan Henrik Kasperçakın komandasının bu yolda “Qarabağ”la gərgin və amansız mübarizə aparacağı dəqiqdir. Hər halda ötən mövsüm ardıcıl iki mərhələ adlamaqla tarix yazan Qurban Qurbanovun komandası da yeni şanlı səhifələr yazmaq ümidindədir. Yeri gəlmişkən, əvvəlki dörd oyununda uduzmayan “Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırmaq istəyindədir. Komandamızın səfərdən qələbə ilə dönməsini arzulasaq da, bu çox çətin görünür. Amma özündən güclü rəqiblərlə sonadək mübarizə aparmağı bacaran təmsilçimizin ən azı vətənə heç-heçə ilə dönəcəyinə ümid bəsləmək olar.
Çətin sınaq ərəfəsində komandamızın düşərgəsində əsas sevindirici məqam “Qarabağ”ın Polşaya itkisiz yollanmasıdır. Hər halda Ayxan Abbasovla Rəşad Kərimovun zədə üzündən səfərə aparılmamasını nəzərə almasaq, Ağdam klubu “Visla”yla oyuna optimal heyətlə çıxacaq. Bu isə komandamızın vətənə sərfəli nəticə ilə dönəcəyinə dair ümidlərimizi daha da artıran məqamlardandır. Hər halda komandamız səfərdən sərfəli nəticə ilə dönməlidir ki, doğma meydanda cütün taleyini həll etmək baxımından işini çətinə salmasın.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək "Visla" - "Qarabağ" oyunu Ağdam klubunun rəhbərliyinin səyi nəticəsində ölkə futbolsevərlərinə də təqdim olunacaq. Belə ki, Azərbaycan dövlət televiziyası və "İdman Azərbaycan" qarşılaşmanı canlı yayımla futbolsevərlərimizə təqdim edəcək.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video