"Neftçi" Türkiyənin Bolu şəhərindəki son yoxlama oyununda "Qaziantep Böyükşehir Bələdiyyəspor"la qarşılaşıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, hesabda irəli çıxan komandamız bir neçə dəfə qol şansından yararlanmayıb və sonda qapısından iki top buraxaraq, məğlub olub.
5-ci dəqiqədə Rəşad Abdullayevin iti bucaq altında vurduğu zərbə qapı tirinə tuş gəlib. 32-ci dəqiqədə Mirhüseyn Seyidov sağ cinahda yan xəttin üzərindən penalti nöqtəsinə doğru Bahodir Nasimova ötürmə verib ki, özbək hücumçu da öz növbəsində güclü zərbə ilə topu qapıya göndərib - 1:0. Lakin 51-ci dəqiqədə "Neftçi" meydanın mərkəzində topu itirib və nəticədə rəqib əks-hücum qurub. Cərimə meydançası daxilindən vurulan zərbə dirəkdən dönsə də, təkrar zərbə ilə "Qaziantep BB" hesabı bərabərləşdirib - 1:1. 67-ci dəqiqədə isə cərimə zərbəsi zamanı qapıçı Rauf Mehdiyev çıxışda gecikib ki, bundan istifadə edən rəqib komandanın futbolçusu başla qol vurub - 1:2.
"Qaziantep BB" - "Neftçi" - 2:1
"Neftçi"nin start heyəti: Elçin Sadıqov, Ruslan Abışov, İqor Mitreski, Ruslan Əmircanov, Alessandro da Silva, Elmar Baxşiyev, Slavko Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo, Bahodir Nasimov.
"Neftçi"nin heyətində meydana sonradan daxil olanlar: Rauf Mehdiyev, Denis Silva, Cavid İmamverdiyev, Cavid Hüseynov, Tərlan Quliyev, Aleksandr Burduli, Araz Abdullayev, Ruslan Qurbanov.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video