Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Visla” klubunun müdafiəçisi Junior Dias oyunöncəsi maraqlı açıqlamalarla diqqət çəkib. Qol.Az-ın məlumatına görə, “Lex”in “İnter”lə cavab oyununa da toxunan Junior öncə həmin qarşılaşma haqda öz təəssüratlarını bölüşüb: “Təəssüflər olsun ki, oyunun birinci hissəsinə baxa bilmədim. İkinci hissə və əlavə vaxtı izləyə bildim. Doğrusu, “Lex”in cütün taleyini əsas vaxtda həll edə bilməməsi məni təəccübləndirdi. Lakin, hər şey onların istədiyi kimi oldu. Sonda “Lex” qələbə qazanmağı bacardı”.
Dias öz bəxtlərinə düşən “Qarabağ”dan çəkindiklərini etiraf edib: “Bizim rəqibimiz olan “Qarabağ”ı heç də zəif saymaq olmaz. “Qarabağ”ın oyunlarını izləmişik və rəqibi kifayət qədər təhlil etdiyimizi deyə bilərəm. Bu oyunda qalib gəlmək üçün imkanlarımızdan maksimum istifadə etməliyik. Ötən il Çempionlar Liqasında Estoniyanın “Levadiya” klubuna məğlubiyyəti artıq unutmuşuq. Etiraf edim ki, həmin məğlubiyyət bizə çox pis təsir etmişdi. Lakin, artıq biz gələcək oyunlar haqqında fikirləşirik. Rəqibin hücumda daha təhlükəli oynadığını bilirik. Müdafiəçilərimiz hücumların qarşısını almaq üçün əlindən gələni etməlidir. Əgər “Qarabağ”ı keçə bilməsək, bu bizim üçün dəhşətli bir nəticə olacaq. Çünki, bizim Avroliqanın qrup mərhələsinə düşmək üçün çox gözəl şanslarımız var”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video