Son ölkə çempionu “İnter”in məşqçilər korpusunda dəyişiklik edilib. Qol.Az-ın məlumatına görə, “bankirlər” texniki heyətində yer alan yeganə azərbaycanlıya da qapını göstəriblər. Söhbət baş məşqçi Kaxaber Sxadadzenin əsas köməkçisi Elxan Abdullayevdən gedir. Artıq klub rəhbərliyi onunla yollarını ayırmağa qərar verib. Onun işindən azad olunması haqda qərarı isə baş məşqçi özü verib. Sxadadze Abdullayevlə yollarını ayırmasının səbəbləri haqda danışarkən, bunları vurğulayıb: “Abdullayev səbəbsiz yerə bir neçə məşqimizi buraxdı. Hesab edirəm ki, bu, Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edən komandanın məşqçisi üçün yolverilməzdir. O, mənə hansısa maliyyə probleminin olduğunu dedi. Hərçənd, vəziyyətdən asılı olmayaraq, insan işə çıxmalıdır. Abdullayev düzgün iş görmədi və mən bunu özünə də dedim”.
Qeyd edək ki, 2007-ci ildən “İnter”də çalışan Abdullayev vaxtilə millimizdə Karlos Alberto Torresin və Berti Foqtsun da köməkçisi işləyib.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video