"Komandamız növbəti mövsümə çox ciddi hazırlaşır. Türkiyədə keçirdiymiz yoxlama matçları göstərir ki, "Neftçi" tədricən öz oyununu tapır. Məqsədimiz əvvəlki "Neftçi"nin adını özünə qaytarmaqdır. Həmişə hədəfimiz çempionluq olub. İnşallah, qarşıdakı çempionatda da qızıl medallar uğrunda mübarizə aparıb, istəyimizə çatarıq". Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Ruslan Əmircanov klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc müdafiəçi bildirib ki, flaqmandakı əsas problemlərdən biri həll olunmaq üzrədir: "Ötən mövsüm yeganə problemimiz qol vurmaq idi. Müdafiə, yarımüdafiə xətti yaxşı oynadığı halda, irəlidə fərqlənə bilmirdik. Yeni transferlərin və gənc futbolçularımızın kompakt şəkildə oyunu sayəsində bu problem də aradan qaldırılır. "Orduspor"u 4:0, "Kardemir Karabükspor"u 1:0 hesabı ilə məğlub etmişik. Xüsusilə, hücumçu Bahodir Nasimov hələlik öz vəzifəsinin öhdəsindən gəlir. İnanıram ki, çempionatın gedişində qol vurmaq problemimiz olmayacaq".
Mövsümlərarası fasilədə "Neftçi"yə yeni futbolçular gəlməsinə baxmayaraq, Əmircanov sağlam rəqabətə həmişə hazır olduğunu söyləyib: "Mən sağlam rəqabətdən heç vaxt çəkinməmişəm. Düzdür, zədəli olduğum vaxtda əsas heyətdə yerimi itirmişdim. Daha sonra yeni transferlər oldu. İstənilən halda, rəqabətə hazıram. Çünki sağlam rəqabət olmayan yerdə, inkişafdan danışmaq yersizdir. Təbii i, heyətlə bağlı söz sahibi məşqçilər korpusudur. Çalışacağam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərərək, heyətə düşüm və komandamızın uğurunda rol oynayım".
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video
PSJ-də yeni müqavilə
Finalın hakimləri açıqlandı - DÇ-2026
Ronaldodan dünya çempionatlarnın antirekordu