“Bakı” AZAL-la oyunun hazırlıqlarına start verdi

“Bakı” AZAL-la oyunun hazırlıqlarına start verdi
XƏBƏR 28 İyul 2010 / 13:16 1984
-  A +

Unibank Premyer Liqasının ilk turu çərçivəsində öz meydanında AZAL ilə qarşılaşacaq “Bakı” Futbol Klubu dünəndən etibarən qarşıdakı matçın hazırlıqlarına start verib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, Avroliqanın ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Buduçnost”a qarşı keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan komanda üzvləri artıq məşqləri bərpa edib.
Bazada baş tutan məşq prosesində Fabio Luis Ramim istisna olmaqla bütün futbolçular iştirak edib. Qısa müddətə vətəninə dönən Ramim bu gün komandaya qoşulmalıdır. Xeyli müddətdir zədədən əziyyət çəkən Elvin Əilyev və Junior Osvaldo Martins də artıq komandayla birgə çılaşırlar. Yalnız Əziz Quliyevin yüngül zədəsi var. Bu gün səhər saatlarında komanda daha bir məşqə çıxıb. Axşam saat 10:30-da isə növbəti hazırlıq prosesi baş tutacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner