“Qarabağ”ın rəqibi itkiylə üzləşib

“Qarabağ”ın rəqibi itkiylə üzləşib
XƏBƏR 28 İyul 2010 / 12:14 2380
-  A +

Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşa “Visla”sı problemlə üzləşib. Qol.Az-ın məlumatına görə, “Şaulyay” ilə oyunlarda komandasına kömək edən Krakov təmsilçisinin braziliyalı müdafiəçisi Kleber sıradan çıxıb. O, komandasının “Qarabağ”la oyunları öncəsi məşq prosesində zədələnib. Sözügedən futbolçunun təmsilçimizə qarşı forma geyinib-geyinməyəcəyi axşam keçiriləcək müayinədən sonra bilinəcək.
Qeyd edək ki, “Visla” və “Qarabağ” arasında ilk oyun sabah - iyulun 29-də Krakovdakı “Hutnik” stadionunda keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner