Braziliya A seriyası təmsilçisi “San Paulu”dan 3 futbolçu dəvət edən “Qəbələ”nin baş məşqçisi Toni Adams onlarla bağlı yekun qərarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, onlardan ikisi müqavilə bağlamaq, digəri isə baxışa gəlmişdi. Artıq birbaşa müqavilə üçün gələn legionerlərlə münasibətlər rəsmiləşib.
Hər iki futbolçu hücumameylli yarımmüdafiə mövqeyində çıxış edir. Bunlardan Bruno Auqusto Dos Anjos sol insayt mövqeyində oynayır. Julio Sezar de Mora Almeyda isə hücumda oynamaq bacarığı ilə seçilir. Bununla da “Qəbələ”nin yeni transferlərinin sayı yeddiyə çatıb. Xatırladaq ki, buna qədər yerli oyunçulardan Arif İsayev, Ramin Quliyev, Nodar Məmmədov, Asif Qədirini heyətinə qatan bölgə təmsilçisi legionerlərdən yalnız Deon Bartonla münasibətlərini rəsmiləşdirmişdi. Baxışda olan və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 22 yaşlı Bruno Barbosa da Silva ilə bağlı qərar isə yaxın günlərdə veriləcək.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi