“Gəncə” Gürcüstanda qələbə qazandı

XƏBƏR 27 İyul 2010 / 15:31 2163
-  A +

Gürcüstanda təlim məşq toplantısında olan «Gəncə» klubu sayca ikinci yoldaşlıq görüşünü keçirib. Klubun mətbuat xidmətindən Qol.Az-a daxil olan məlumata görə, Fuad İsmayılovun komandası ilk oyunda minimal hesabla məğlub olsalar da ikinci qarşılaşmada Zuqdidinin eyni adlı komandasını məğlub ediblər. “Gəncə”nin üstünlüyü ilə keçən oyunda hesabı Xəyal Müstafayev açıb. Bundan sonra qərb təmsilçisinin dəfələrlə fərqlənmək imkanı olsa da, gəncəlilər gürcüləri mərkəzdən başlamağa məcbur edə bilmayiblər. “Gəncə”nin baş məşqçısı Fuad İsmayılovun sözlərinə görə bu yoxlama oyunlarında baxışa dəvət olunan oyunçulara şans verib. Onların arasında öz oyunları ilə məşqçinin diqqətini cəlb edən oyunçular var.
“Ümumilikdə oyunçularin vəziiyətindən narazı deyiləm. Hələlik 2 yoxlama oyunu keçirmişik. Futbolçular günü gündən tempi artırır, komanda yoldaşlarını daha da yaxşı başa düşməyə başlayırlar. Baxışa dəvət olunan futbolçular arasında müsbət rəyə malik olduğum oyunçular var. Lakin son qərar Gürcüstan səfərindən sonra qəbul olunacaq” deyə F.İsmayılov bildirib.
Komandanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun sözlərinə görə, “Gəncə” 3-cü yoxlama oyununu iyulun 28-də Kutaisi komandasina qarşı keçirəcək. Baş məşqçi bu oyunda daha bir leqioneri də sinaqdan çixaracaq. Komandadan verilən məlumata görə, Pribaltikadan olan futbolçu bu gün Gəncənin siralarına qatılacaq və yoxlanacaq.

 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner