"Qəbələ"nin yeni baş məşqçisi Toni Adams baxışa çağırdığı ingilis futbolçularla bağlı yekun qərarını verib. Qol.Az-ın məlumatına görə, MOİK-lə 0:0 hesabı ilə başa çatan oyunda həmyerliləri - Uill Hendri və Ben Cilli sınaqdan keçirən ingiltərəli mütəxəssis, onları bəyənməyərək, geri qaytarılmaları barədə qərar verib.
Əvəzində Qəbələ təmsilçisi daha iki məşhur futbolçunu baxışa dəvət edib. Onlardan biri ingilis Terri Kukdur. "Mançester Yanayted"in yetirməsi olan bu futbolçu "Sanderlend", "Brimingem", "Mançester Siti", "Viqan" və "Şeffild Yunayted" kimi klublarda icarə əsasında çıxış etdikdən sonra 4 il ABŞ çempionatında oynayıb. Son klubu "Nors Kvinslend Fyuri" (Avstriya) olan 34 yaşlı futolçu İngiltərənin U-16, U-18 və U-21 yığma komandalarında forma geyinib. Adams artıq onu da MOİK-lə oyunda sınayıb. Lakin son qərarını verməkdə tələsmir. Baxışa gələn digər bir futbolçu isə Qana yığmasının üzvü Samad Opponqdur. 2006-cı ildə ilk peşəkar müqaviləsini "Kinq Faysal Babes"lə bağlayan bu futbolçu 2009-cu ildə "Asante Kotoko" klubuna transfer olunub. 2009-cu ilin 1 oktyabrında Argentina ilə yoldaşlıq oyununda Qananın əsas yığmasında debüt edib.
Qeyd edək ki, artıq paytaxtdakı hazırlıq prosesini yekunlaşdıran “Qəbələ” doğma şəhərə dönüb. Sabah futbolçularını Qəbələdə ikitərəfli oyunda sınayacaq Toni avqustun 1-də yoldaşlıq oyunu keçirməyi də planlaşdırır. Lakin sınaqçı rəqibin kimliyinə aydınlıq gəlməyib. Lakin böyük ehtimalla bu, Gürcüstan klubu olacaq.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi