Türkiyənin Bank Asya birinci liqasında çıxış edən həmyerlilərimiz İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu”nun mövsümün açılışına ciddi hazırlaşdığını xəbər vermişdik. Qol.Az-ın məlumatına görə, avqustun 8-ə planlaşdırılan mövsümün təntənəli açılış mərasimində Suriya millisi ilə doğma meydanda sınaq matçına çıxacaq mersinlilər, həmin gün həm də yeni futbolçularını tərəfdarlara təqdim edəcək. Bu arada klubun rəsmi saytının yaydığı xəbərə görə, açılış mərasimində artıq ölkəmizdə də yaxşı tanınan Hadisənin konsert proqramı ilə çıxış etməsi də planlaşdırılır. Bu barədə açıqlama verən klub prezidenti Ali Kahramanlı bildirib ki, belə bir addım atmalarında əsas məqsəd klubun borclarını və avtobus problemini yoluna qoymaqdır: “Klubu sevən hər kəsin bizə dəstək verəcəyinə əminəm. Çünki bizim belə bir addım atmağımız komandamızın gələcəyi üçündür. İnanıram ki, “Evrovizion” iştirakçısı Hadisənin konserti bizə daha çox pul qazandıracaq”.
Qeyd edək ki, növbəti mövsümdə Türkiyə Super Liqasına yüksəlməyi planlaşdıran “Mersin İdman Yurdu” Hadisə ilə müqavilə imzalayıb və belə konsertlərin tez-tez olması planlaşdırılır. Maddi durumu elə də yaxşı olmayan İlqarla Ernaninin komandası bununla azarkeşlərin stadiona gəlməsinə maraq artırmaq və daha çox qazanc götürmək istəyir.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi