Növbəti mövsümə Gürcüstanda hazırlaşan “Turan” qonşu ölkəyə heç də tam heyətlə yollana bilməyib. Qol.Az-ın məlumatına görə, Tovuz klubunun aparıcı üzvlərindən olan Muammer Erdoğdu, Hafiz Əliyev və Romuald Onana sənədlərinin qaydasında olmaması ucbatından Tovuzda qalmalı olub. Onların bu gün sənəd problemini həll edərək, Tiflisə yollanacağı gözlənilir.
Yeri gəlmişkən, Tovuz təmsilçisi Gürcüstan toplanışı çərçivəsində transfer fəaliyyətini də davam etdirir. Bu gün axşam saatlarında Moldovadan daha iki legioner birbaşa qonşu ölkəyə təşrif buyuracaq. Bunlardan biri Viktor Quntadır ki, hücumçu bir müddət əvvəl tovuzluların düşərgəsində olmuş və məşqçilərin xoşuna gəlmişdi. Digər futbolçu isə bizə daha yaxşı tanışdır. Bu, millimizə qarşı Avstriya toplanışında və “Xəzər Lənkəran”a qarşı Avroliqa oyunlarında iştirak etmiş Moldova yığmasının və “Olimpiya”nın üzvü Aleksandr Keltyualedir. Lakin maraqlıdır ki, tovuzluların yolunu gözlədiyi bu futbolçu hazırda Türkiyədə hazırlıq keçən digər təmsilçimiz AZAL-ın düşərgəsində baxışdadır.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi