İyulun 23-də paytaxta qayıdan “Bakı”nın üzvləri hələ də istirahətdədir. Qol.Az-ın məlumatına görə, bu səbəbdən komandanın legionerləri də öz ölkələrinə yollanmağa üstünlük verib. Paytaxt təmsilçisi növbəti mövsümün son hazırlıqlarına sabahdan start verəcək. “Zolaqlılar”ın Bakıdakı hazırlıq prosesində daha bir oyunçuyla güclənməsi gündəmdədir. Özü də bu, “Bakı”nın ən səs-küylü transferinə çevrilə bilər. Çünki söhbət vaxtilə “Valyadolid”, “Real”, “Milan”, “Bolton” və “Benfika” kimi nəhəng klubların şərəfini qorumuş Yulio Sezar Korreadan gedir. Kanada əsilli braziliyalı müdafiəçi hətta Çempionlar Liqasının qalibi də olub. Bundan başqa Sezar “Austriya” ilə Avstriya, “Olimpiakos”la Yunanıstan çempionu da olub. “Bakı”ya transfer olunacağı halda, Korrea ölkəmizdə çıxış etmiş ən titullu futbolçu ünvanına yiyələnəcək. Təcrübəli futbolçunun son iş yeri Türkiyə “Qaziantepspor”u olub. Artıq həm klub prezidenti Hafiz Məmmədov, həm də baş məşqçi Vinfrid Şefer onu heyətə qatmağa çalışdıqlarını təsdiq edib. Almaniyalı mütəxəssis hətta onu tanıdığını və yaxın bir həftə içində Korreanın Azərbaycana gələcəyini bildirib.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi