AZAL Türkiyə klubunun qapısından 11 qol keçirdi

AZAL Türkiyə klubunun qapısından 11 qol keçirdi
XƏBƏR 26 İyul 2010 / 14:25 2093
-  A +

Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyənin Qızılcahamam bölgəsində davam etdirən AZAL Türkiyədə üçüncü yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, paytaxt klubunun bu dəfəki rəqibi Türkiyənin üçüncü liqa təmsilçisi TİGEM olub. Bundan öncə keçirdiyi "Mersin İdman Yurdu" (1:1) və "Giresunspor"la (0:0) oyunlarda qələbə qazana bilməyən “təyyarəçilər” bu dəfə nəhayət sindromu qıra bilib. Özü də Nazim Süleymanovun komandası rəqibini darmadağın etməklə təsəlli tapıb. AZAL-ın heyətində Vüsal Qarayev və Zohair Benoauhi het-trik, Junivan Suares dubl edib. Mirko Bunyevçeviç, Viktor İbokoyi və Qvidas Yuşka isə hərəyə bir qol vurub. Nəticədə AZAL üçüncü sınaq matçından 11:0 hesablı qələbə ilə ayrılıb.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib